Sənəd
Məxfilik siyasəti
Son yenilənmə: 18 sentyabr 2026.
Lernify ingilis dilini öyrənmək üçün iOS tətbiqidir. Bu sənəd tətbiqin hansı məlumatları topladığını, niyə topladığını və sənin hansı hüquqlarının olduğunu izah edir.
Topladığımız məlumatlar
- Email ünvanı və hesab identifikatoru. Hesab yaratmaq və girişi təmin etmək üçün. Hesablar Supabase Auth xidmətində saxlanılır.
- Çəkdiyin şəkillər. Yalnız şəkildəki əşyanı tanımaq üçün serverimizdən süni intellekt xidmətinə göndərilir. Şəkil bizim serverimizdə saxlanmır; tətbiqin özündə, telefonunda qalır.
- Öyrəndiyin sözlər, cümlələr, XP və seriya. Bunlar telefonunda saxlanılır.
- İstifadə sayğacı. Gündəlik şəkil və dialoq sorğularının sayı — sui-istifadənin qarşısını almaq üçün hesab identifikatorunla birlikdə saxlanılır.
Toplamadığımız məlumatlar
- Reklam identifikatorları və izləmə (tracking) yoxdur.
- Məlumatlarını reklam üçün üçüncü tərəflərə satmırıq və vermirik.
- Yerini (GPS), əlaqə siyahını və ya cihazındakı digər faylları oxumuruq.
Xidmətlərdən istifadə
- Supabase — hesablar, giriş və server funksiyaları (Avropa İttifaqı, İrlandiya regionu).
- OpenRouter və onun vasitəsilə Google Gemini — şəkildəki əşyaların tanınması və məşq dialoqlarının yazılması.
- Resend — təsdiq kodlarının email ilə göndərilməsi.
Bu xidmətlərə yalnız işin görülməsi üçün lazım olan məlumat göndərilir.
Məlumatların saxlanma müddəti
Hesab məlumatları hesab mövcud olduğu müddətdə saxlanılır. Şəkillər serverdə saxlanmır. İstifadə sayğacındakı qeydlər hesabla birlikdə silinir.
Məlumatlarını silmək
Tətbiqdə Profil → Ayarlar → Hesabı sil bölməsindən hesabını və serverdəki məlumatlarını silə bilərsən. Telefonundakı sözlər və şəkillər tətbiqi silməklə birlikdə gedir. Kömək lazımdırsa, support@lernify.app ünvanına yaz.
Uşaqlar
Tətbiq 13 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmayıb və onlardan bilərəkdən məlumat toplamırıq.
Dəyişikliklər
Bu siyasət dəyişdikdə yeni versiyanı bu səhifədə yerləşdirəcəyik və yuxarıdakı tarixi yeniləyəcəyik.